Kolumbiyada torpaq sürüşməsi faciəyə səbəb olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Kolumbiyanın Boqota-Medelyin yolunda yerləşən Kopakabana bələdiyyəsində qeydə alınıb. Hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər itkin düşüb.
İlkin məlumata görə, torpaq sürüşməsinə aramsız yağan yağışlar səbəb olub. Hadisə yerinə 100-dək xilasedici cəlb edilib.
Modern.az