Modern.az

Arvadını öldürdü, sonra qəzaya düşdü

Arvadını öldürdü, sonra qəzaya düşdü

Aktual

27 Oktyabr 2016, 12:19

Oktyabrın 25-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini İlhamə Talıbovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

 

Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Belə ki, Suraxanı RPİ 30-cu PB və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətlin onun əri Azər Ağayev tərəfindən törədilməsi aşkarlanıb.

 

Eyni zamanda, A.Ağayevin hadisədən sonra Qala qəsəbəsi ərazisində idarə etdiyi “Peugeot” markalı avtomobili paytaxt sakini Kamil Sultanovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurması və nəticədə xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

 

A.Ağayev nəzarətə götürülüb.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü