Amazon şirkətinin prezidenti Cef Bezos oktyabrın 27-i axşam saatlarında 3 milyard dollar vəsait itirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sərvətinin ucuzlaşması rəhbəri olduğu Amazon şirkətinin səhmlərinin 6% ucuzlaşması ilə bağlıdır.
Şirkətin maliyyə vəziyyəti ilə bağlı hesabat dərc olunduqdan sonra Cef Bezosun şəxsi sərvəti 70,7 milyard dollardan 67,5 milyard dollara qədər ucuzlaşıb.
Vüqar İSMAYILOV