Modern.az

Deputat 100-dək qəhrəman ana ilə görüşüb

Deputat 100-dək qəhrəman ana ilə görüşüb

3 Mart 2011, 14:04

Şamaxıdan olan millət vəkili Elxan Süleymanovun rayonun qəhrəman analarının böyük bir qrupu ilə görüşü keçirilib. Millət vəkili görüşdə iştirak edən 100-dək qəhrəman ananı təbrik edib, anaların bu gün Azərbycan ailəsinin qədim ənənələrinin, saflığınının qorunmasında, cəmiyyətimizin inkişafında danılmaz rolu olduğunu bildirib. O, bu istiqamətdə aparılan işlərə millət vəkillərinin də öz töhfələrini verməli olduğunu dilə gətirib.

Elxan Süleymanovun deputat qərargahından Modern.az-a bildirilib ki, görüşdə həmçinin,  Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, mədəniyət şöbəsinin müdiri Məleykə Kamilova, rayon qadınlar şurasının sədri Nəzakət Rəzzaqova iştirak edib. Tədbirin sonunda qəhrəman analara millət vəkilinin adından təbrik məktubları və hədiyyələr təqdim edilib.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü