Modern.az

Özəl baytarlıq xidmətləri yaradılacaq

Özəl baytarlıq xidmətləri yaradılacaq

İqtisadiyyat

24 Noyabr 2016, 09:51

Azərbaycanda kənd təsərrüfatı sahəsində özəl baytarlıq xidmətləri yaradılacaq.

Modern.az-ın xəbərinə görə, bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində tapıb.

 

Layihənin “4.3.3.5. Damazlıq işi və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması” adlanan fəslində bildirilir ki, Azərbaycanda özəl baytarlıq xidmətləri yaradılacaq.

“Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” artıq Milli Məclisə təqdim olunub  və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü