Modern.az

Kamran Bayramov: Uğurlu enerji siyasəti ölkəmizin dünyada mövqeyini gücləndirir

Kamran Bayramov: Uğurlu enerji siyasəti ölkəmizin dünyada mövqeyini gücləndirir

İqtisadiyyat

29 Aprel 2024, 11:50

Bu gün ölkəmizdə dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Azərbaycanın bütün məsələlərə strateji yanaşması, iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var.  Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı  baxımından diqqət çəkir.


Prezident İlham Əliyev aprelin 24-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bir çox mühüm məsələlərə toxunaraq ölkəmizin son dövrlər əldə etdiyi uğurlardan, perspektivdə görüləcək işlərdən, o cümlədən, paytaxt Bakıda təşkil olunacaq COP29 konfransına hazırlıq prosesindən, Azərbaycana belə böyük etimadın göstərilməsindən danışıb. Dövlət başçımız bildirib ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

 

K.Bayramov qeyd edib ki ölkəmiz neft-qaz ixracatçısı kimi tanınsa da, hazırda yaşıl enerji növlərinin yaradılması və gələcəkdə dünya bazarlarına nəql olunması sahəsində də işlər görür. Bərpaolunan enerji mənbələrinə investisiya cəlb etmək, “təmiz enerji”yə keçid prosesini daha da irəli aparmaq Azərbaycanın enerji siyasətinin prioritetlərindəndir. COP29-u cəlbedici edən məsələlərdən biri də ölkəmizin gələcək inkişaf konsepsiyasının təqdim edilməsi üçün vacib platforma olmasıdır. Bununla da tədbir vasitəsilə siyasi uğurlara daha biri əlavə olunacaq, gələcəyə baxışlarımız formalaşdırılacaq.


Real dünyanın bir parçasına çevrilmək, müasir, siyasi və iqtisadi tendensiyalara paralel şəkildə cavab vermək üçün zamanın tələbləri ilə ayaqlaşmaq əsas şərtdir. Bu baxımdan da COP29 tədbiri çərçivəsində Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol bir daha təsdiqlənəcək, iqlim dəyişikliyinə dair öhdəliklər nəzərdən keçiriləcək, bəşəriyyətə təhdid yaradan faktorların aradan qaldırılması istiqamətində proqramlar tərtib olunacaq,  Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi, məhz, Azərbaycandır. Hətta, tarixi Zəfərimizi hələ də həzm edə bilməyən və ya, onu qısqanclıqla qarşılayan məlum dairələr belə, bu gerçəkliyi etiraf etmək məcburiyyətindədirlər. Çünki Azərbaycan öz haqqını və tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə həyata keçirib. İstər 44 günlük Vətən müharibəsində, istərsə də, birgünlük antiterror tədbirləri çərçivəsində Azərbaycan beynəlxalq hüququn tələblərindən kənara çıxmadı. Bunu ölkəmizə qarşı qərəzli münasibət bəsləyən qurumlar çox yaxşı bilirlər. Antiterror tədbirindən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür.
 

Millət vəkili diqqətə çatdırıb ki, ölkəmizə  qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir.  Dövlət başçımız ADA Universitetində keçirilən beynəlxalq konfrasda qeyd edib ki, keçən ilin sentyabrından 9 ay ötür və görün nə qədər heyranedici hadisələr baş verib. Bu səhər bu haqda söhbət edirdik - Azərbaycan bütün ərazisində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atdı, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur və COP29. Qazaxın kəndləri geri qaytarıldı, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, inanılmaz hadisələr baş verdi.

 

K.Bayramov vurğulayıb ki, dövlət başçısının çıxışında maraqlı məqamlardan biri də strateji müttəfiq və qardaş ölkə Türkiyə ilə münasibətlərin sarsılmaz olduğunu bəyan etməsidir. Prezidentin sözlərinə görə, Türkiyə ilə bizi nəinki Müttəfiqlik Bəyannaməsi, həmçinin, bir çox digər məsələlər birləşdirir. Ən əsası, Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır. Beynəlxalq forumda bəyan edildi ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var. İki proses - Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir.

 

K.Bayramov əlavə edib ki, uğurlu enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Hazırda  ölkəmizin uğurlu enerji siyasəti Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Dövlət başçımızın qeyd etdiyi kimi, qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olardı. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil. Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Bizə gəldikdə, biz bunu edirik. Biz artıq, investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq.
 

Bu gün yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli bizim enerji siyasətimizin prioritetidir. Hazırda  Azərbaycanın Bərpaolunan enerji sahəsində nəhəng potensialı vardır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək