Modern.az

SOCAR-ın vitse-prezidenti istintaqa cəlb olunub?

SOCAR-ın vitse-prezidenti istintaqa cəlb olunub?

Aktual

11 Yanvar 2017, 15:49

Yanvarın 11-də bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun istintaqa cəlb olunması ilə bağlı məlumat yayılıb.

SOCAR-ın Mətbuat Xidmətindən Modern.az-a verilən açıqlamada məsələyə belə münasibət bildirilib:

“Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar”.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?