Modern.az

Gürcüstanın XİN rəhbəri Azərbaycana gəlir

Gürcüstanın XİN rəhbəri Azərbaycana gəlir

Aktual

7 Fevral 2017, 20:38

Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze fevralın 12-də Azərbaycana səfərə gələcək. Modern.az saytı xəbər verir ki, "Report"un Gürcüstan bürosunun məlumatına görə, iki gün davam edəcək səfər çərçivəsində gürcüstanlı nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılacaq.

Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!