Modern.az

Türkiyədən Niderlanda sanksiya XƏBƏRDARLIĞI

Türkiyədən Niderlanda sanksiya XƏBƏRDARLIĞI

Dünya

11 Mart 2017, 13:40

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Niderlanda sanksiyalarla bağlı xəbərdarlıq edib.

Modern.az-ın Trükiyə KİV-nə istinadən məlumatına görə, nazir qeyd edib ki, Niderland onun təyyarəsinin uçuşuna icazə verməyəcəyi ilə bağlı hədələyir.

“Bu gün Roterdama uçuram. Əgər Niderland uçuş icazəmi ləğv etsə, biz ciddi sanksiyalar tətbiq edəcəyik".

M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək istəyir.

Qeyd edək ki, Almaniya da ötən həftə türkiyəli nazirlərin iştirakı ilə keçiriləcək bir neçə mitinqə icazə verməmişdi.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir