Modern.az

Ankara ABŞ və Aİ-nin Qafqaza münasibətindən narahatdır

Ankara ABŞ və Aİ-nin Qafqaza münasibətindən narahatdır

Dünya

28 Aprel 2024, 20:16

Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik regional təhlükəsizliyin vacib prioritetləridir. İkinci Qarabağ müharibəsinin nəticəsi bu məqsədə çatmaq üçün münasib imkanlar yaradıb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Fatih Dönmez Zonquldaqda QDİƏT PA-nın İqtisadi Siyasət və İnkişaf Komitəsinin 62-ci iclasında deyib.

 

F.Dönmezin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin olmaması Cənubi Qafqazda sülh yolunda əsas maneədir.

 

“Türkiyə sülh sazişi layihəsi üzrə fikir ayrılıqlarının (Bakı ilə İrəvan arasında – red.) aradan qaldırılmasına töhfə verməyə çalışır”, - deyə Türkiyə nümayəndə heyətinin rəhbəri bildirib.

 

Eyni zamanda, o, ABŞ, Avropa İttifaqı (Aİ) və bir sıra Qərb ölkələrinin Cənubi Qafqazdakı proseslərə münasibətini balanslaşdırılmamış və birtərəfli adlandırıb. “Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları və bəzi digər Qərb dövlətləri Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqları məsələsində obyektivlikdən uzaqdırlar. Tərəflərdən birinin mövqeyini dəstəkləməklə, digər dövlətin narahatlığına məhəl qoymurlar və bu, şübhəsiz ki, Türkiyənin də narazılığına səbəb olur. Bu münasibət Cənubi Qafqazda problemlərin həllinin açarına çevrilməli olan qərəzsizlik və bütün tərəflərin mövqeyinin nəzərə alınması prinsiplərinə ziddir”, - deyən Dönmez qeyd edib ki, Qərb ölkələrinin yanaşmaları regionda sülh proseslərini ləngidə bilər.

 

O bildirib ki, Ankara bundan sonra da bütün regionda, o cümlədən Yaxın Şərqdə və Ukraynada ziddiyyətlərin, münaqişələrin həllinə töhfə verməyə çalışacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var