Modern.az

Kamçatkada zəlzələ olub -  azərbaycanlılar zərər çəkib?

Kamçatkada zəlzələ olub -  azərbaycanlılar zərər çəkib?

Aktual

29 Mart 2017, 12:55

Rusiyanın Kamçatka vilayətinin şərqində 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Ust-Kamçatsk yaşayış sahəsindən 89 kilometr şimal-şərqdə, ocağı isə 22,8 kilometr dərinlikdə yerləşib.

Kamçatkadakı Azərbaycan diasporunun rəhbəri Zahid Bəşirov Modern.az-a bildirib ki, qeyd olunan ərazi çox kiçik bir bölgədir.

“O ərazidə bir neçə  balıqçı ailəsi yaşayır. Həmin ərazidə azərbaycanlı yaşamır və azərbaycanlıların kompakt yaşadığı bölgələrlə hadisə baş verən yer arasında 700 km məsafə fərqi var. Azərbaycanlılarla bağlı heç bir narahatçılıq yoxdur. Kamçatkada yaşayan azərbaycanlılar normal şəraitdə həyatlarını davam etdirir”.

Qafar Ağayev

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü