Modern.az

Roma klubuna yeni baş məşqçi gəldi

Roma klubuna yeni baş məşqçi gəldi

Aktual

25 Aprel 2017, 11:17

Roma Monçi ilə razılaşıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Roma klubu İspaniyanın Sevilya klubundan ayrılan “Monçi” ləqəbli Ramon Rodriqez Verdejonu yeni baş məşqçi təyin edib.

Son vaxtlar Avropa futbolunda gündəmdə olan 48 yaşındakı məşqçi Ramon Rodriqez Sevilya klubunda bir çox uğura imza atıb.

Belə ki, Monçinin rəhbərliyi altında Sevilya klubu 5 UEFA kuboku, 2 İspaniya kral kuboku, UEFA super kuboku və İspaniya super kuboku qazanıb.

Roma klubundan verilən rəsmi açıqlamada ispanyalı məşqçi ilə 4+1 illik müqavilə imzalandığı bildirib.

 

Məcid Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!