Modern.az

“Dövlətqaçqınkom”dan AÇIQLAMA: “O adda işçimiz yoxdur”

“Dövlətqaçqınkom”dan AÇIQLAMA: “O adda işçimiz yoxdur”

24 May 2017, 16:07

Bakı şəhər sakini Gülnarə Muxtarova bir qrup məcburi köçkünə qarşı etdiyi dələduzluq əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

Modern.az xəbər verir ki, məhkəmə prosesi ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində gedən xəbərlərdə adı çəkilən şəxsin Qaçqınların və Məcburi Köçkünlərinİşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri işlədiyi qeyd edilib.

       
“Dövlətqaçqınkom”un mətbuat xidməti məsələyə münasibət bildirib. Qurumdan Modern.az-a verilən açıqlamada qeyd edilib:


“Bildiririk ki, Qaçqınların və Məcburi Köçkünlərinİşləri üzrə Dövlət Komitəsinin strukturunda heç bir vaxt Gülnarə Müxtarova adlı şəxs işləməyib və ümumiyyətlə Komitənin strukturunda belə bir vəzifə mövcud olmayıb”.

 

Mirmahmud KAZIMOĞLU

 

      

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü