Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı xüsusi aksiya keçirəcək.
Fondun prezidenti Umud Mirzəyev mətbuata açıqlamasında bildirib ki, qarşıdan 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü gəlir. 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən təsdiqlənən bu tarixi gündə BAMF bütün dostlarını, tərəfdaşlarını və ümumiyyətlə ictimaiyyət nümayəndələrini vacib bir aksiyaya qoşulmağa dəvət edir.
İyunun 1-i BAMF-ın kollektivi Tərtərin cəbhə xəttinə yaxın olan Həsənqaya və Şıxarx kəndlərində yaşayan uşaqlarla birlikdə bu bayramı qeyd etmək və onları müxtəlif hədiyyələrlə sevindirməyi planlaşdırır. Yeri gəlmişkən, məhz bu kəndin uşaqları BAMF-ın beynəlxalq auditoriya üçün çəkdiyi və BMT-nin Cenevrə ofisində təqdim olunan videonun baş qəhrəmanlarıdır.
Bu xeyriyyə aksiyasına qoşulmaq istəyənlər bu gündən etibarən mayın 30 və 31-i BAMF-a müraciət edə bilərlər. Fondun əlaqə nömrələri:
Tel: (994 12) 539 7697 Faks: (994 12) 539 4915. Ünvan: Bakı şəhəri Mehdi Hüseyn küçəsi 1A.
Modern.az