Modern.az

Mingəçevirdə 5-ci mərtəbədən yıxılan körpə ölüb

Mingəçevirdə 5-ci mərtəbədən yıxılan körpə ölüb

Aktual

18 Sentyabr 2017, 16:23

Mingəçevir şəhərində 2 yaşlı körpə doqquzmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.

 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə sentyabrın 17-də şəhərin məcburi köçkün şəhərciyində baş verib.

 

Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılaraq xəsarət alıb.

 

Xəstəxanaya yerləşdirilən körpə bu gün orada ölüb. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü