Modern.az

Deputat səfirlə əməkdaşlığı müzakirə etdi

Deputat səfirlə əməkdaşlığı müzakirə etdi

19 Fevral 2018, 17:35

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Kim Çanq Qyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Modern.az xəbər verir ki, görüşün əvvəlində Əhliman Əmiraslanov qonaqları salamlayaraq, Azərbaycanla Koreya arasında əlaqələrin gündən-günə inkişaf etdiyini, ikitərəfli əlaqələrin dinamikasının hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri ilə daha da artdığını vurğuladı.

Bu səfərlər zamanı bir sıra mühüm sazişlər imzalandığını və bu günədək Azərbaycanla Koreya arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 60-dan çox hüquqi sənədin imzalandığını bildirdi. Azərbaycanın regionda siyasi və iqtisadi cəhətdən güclü dövlət olduğunu deyən komitə sədri Koreya Respublikası ilə iqtisadi, o cümlədən digər sahələrdə də əlaqələrin genişləndiyini söylədi.


Əhliman Əmiraslanov rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə qonaqlara qısaca məlumat verərək, Cənubi Koreyanın səhiyyə və tibb sahəsində, xüsusən də dünyada ən mükəmməl icbari tibbi sığorta sistemi kimi qəbul edilmiş Koreya sistemenin yaradılması üzrə təcrübənin Səhiyyə Komitəsi üçün xeyli maraqlı olduğunu qeyd etdi.


Daha sonra Koreyanın Azərbaycandakı səfiri görüş iştirakçılarını salamladı və dəvət üçün təşəkkürünü bildirdi. Kim Çanq Qyu bu cür görüşlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayaraq, Azərbaycan Parlamenti və Səhiyyə komitəsinin Cənubi Koreyanın icbari tibbi sığorta sisteminə marağının çox sevindirici hal olduğunu bildirərək, bu sistemin qurulması və işləmə mexanizmlərindən geniş söhbət açdı.


Görüşün nəticəsi olaraq, bir qrup Azərbaycan millət vəkilindən ibarət nümayəndə heyətinin icbari tibbi sığorta sisteminin öyrənilməsi məqsədilə Cənubi Koreyaya səfər etməsi qərarı alındı.


Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü – Milli Məclisin deputatı Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva və digər rəsmi şəxslər də iştirak edirdilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü