Modern.az

Qənirə Paşayeva Fransa prezidentinə və Hollandiyaya etiraz etdi

Qənirə Paşayeva Fransa prezidentinə və Hollandiyaya etiraz etdi

Aktual

25 Fevral 2018, 17:25

Milli Məclisin deputatı Qənirə Paşayeva  İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbirdə Hollandiya parlamentinin qərarı və Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına sərt etiraz edib.

 

Modern.az saytının məlumatına görə, Q.Paşayeva Türk diaspor təşkilatlarına çağırış edərək ciddi mübarizə və birlik zamanının olduğunu deyib.

 

İstanbulda İSTAD-ın Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən deputat dünyanın hər yerində yaşayan diasporumuza və diaspor təşkilatlarına çağırış edib.

 

O, Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı heç bir tarixi əsası olmayan ədalətsiz açıqlamalarından, Hollandiya Parlamentinin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarından danışıb. 

 

Və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib.

 

“Bu ədalətsizliyə hamımız harda doğulub harada yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar öz etiraz səslərini ucaltmalıdır”-deyə o bildirib.

 

Deputatın sözlərinə görə, tarixdə heç bir zaman türklər ermənilərə qarşı soyqırımı törətməyiblər.

 

“Tam əksinə ermənilər həm Anadoluda həm də Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəlində və sonunda türk insanına qarşı soyqırımılar törədiblər. Fransa prezidentinin, Hollandiya Parlamentinin də yalanları dəstəkləməsi amma gerçəkləri görmək istəməmələri insanlarımızda böyük üzüntü yaratmaqla bərabər düşüncələrdə ciddi suallara da səbəb olmalıdır.

 

“Xocalı Soyqırımının 26-cü ildönümü tamam oldu. Amma biz qondarma erməni soyqırımı yalanlarına dəstək verənlərin Xocalı soyqırımı ilə bağlı bir cümlə açıqlamasını belə eşitmədik.  Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandır. Xocalıda, Qaradağlıda soyqırımı törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Amma qondarma erməni qoyqırımı yalanlarını dəstəkləyənlər 1 milyon insanın öz evində yaşama hüququnun Ermənisitan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin vacibliyi ilə bağlı heç zaman danışmayıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü