Modern.az

Deputatlar 8 Mart təbrikini kimdən gözləyirdilər…

Deputatlar 8 Mart təbrikini kimdən gözləyirdilər…

8 Mart 2018, 15:46

Bu gün 8 Mart Beyəlxalq Qadınlar günüdür. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da Qadınlar günü xüsusi qeyd olunur.


Modern.az
 saytı Milli Məclisdə təmsil olunan bəzi xanım deputatların bayram təəssüratlarını öyrənməyə çalışıb.

Qeyd edək ki, hazırda Milli Məclisdə 20 xanım deputat təmsil olunur.

 

27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Dilarə Cəbrayılovanı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ilk təbrik edən oğlu olub.

“Daha sonra  Milli Məclisin sədri Oqtay Əsədov hər zamankı kimi parlamentin xanım deputatlarını  8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Həmçinin, məktəbdə işlədiyim üçün şagirdlərim də məni təbrik ediblər. Onlar 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə çox gözəl bir tədbir hazırlamışdılar”.


Deputat deyib ki, hər bir qadının hədiyyə almaqdan xoşu gəlir, onun da həmçinin.


“Elə bir qadın yoxdur ki, onun hədiyyədən xoşu gəlməsin. Amma xüsusi bir adam yoxdur ki, onun təbrikini gözləyim. Ancaq yəqin ki, bu yoldaşım ola bilərdi, o da məni təbrik etdi. Mən bayram münasibətilə Azərbaycanımızın bütün xanımlarını təbrik edirəm. Onlara can sağlığı və uğurlar arzulayıram”.

 

99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı Sona Əliyevanı isə ilk təbrik edən həyat yoldaşı olub.

“Hər il ailəm, övladlarım, qayınatam, yaxınlarım, rəfiqələrim və iş yoldaşlarım məni 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirlər. Hədiyyə məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, inanmıram ki, hədiyyəni sevməyən qadın olsun. Bildiyiniz kimi, parlamentdə çox az xanım deputat təmsil olunur. Bayram münasibətilə də 20 xanım deputata eyni qaydada  açıqcalar və hədiyyələr verilib. Hər il parlamentdə hörmətli sədrimiz Oqtay Əsədov ənənəvi olaraq çay süfrəsi ətrafında xanım deputatlarımızı təbrik edir, onlara xoş arzularını bildirir. Mən də Azərbaycanımızın bütün xanımlarını təbrik edirəm. Onlara uğurlar arzulayıram”.

 

111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı  Kamilə Əliyeva ilk bayram təbrikini Milli Məclisin sədri Oqtay Əsədovda və deputat həmkarlarından alıb.


“Milli Məclisin sədri Oqtay Əsədov və deputat həmkarlarım hər zamankı kimi bayramdan bir gün öncə xanım deputatları  8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirlər. Daha sonra isə ailə üzvlərimiz bizi  təbrik edir. Hər bir qadın üçün onun yada düşməyi çox xoş haldır. Deputat həmkarlarımın, çalışdığım universitetin kollektivinin, seçicilərimin, tələbələrimin, yaxın insanların təbriki məni sevindirir. Mən belə təbriklərdən məmnunluq hiss edirəm. Hədiyyənin isə böyük-kiçiyi olmur. Mənim üçün ən birinci hədiyyə yox, diqqətdir. Ola bilər ki, elə bir insan məni hədiyyəsiz təbrik edər ki, onun bu təbriki mənim üçün min hədiyyədən də dəyərli olar. Adətən qadınları gül dəstələri, çiçəklər və ətirlərlə təbrik edirlər. Mənim də ən çox aldığım hədiyyələr bunlar olub”.

 

21 saylı Nəsimi birinci seçki dairəsinin deputatı Məlahət İbrahimqızı 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə bütün xanımları təbrik edib.

“Mən ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən hər bir övladımızın anasını, qaçqınlıq həyatı yaşayan qeyrətli qadınlarımızı, bütün əsgərlərimizin analarını, bacılarını təbrik edirəm. Mən  bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm. Əziz qadınlar, hər birinizə cansağlığı, səadət və işlərində nailiyyətlər arzulayıram”.

 

30 saylı Suraxanı birinci seçki dairəsimim deputatı Sevinc Fətəliyevanın da hədiyyələrə münasibəti çox yaxşıdır.


“Ancaq mənim üçün hədiyyədən də öncə əsas diqqətdir. Mən ilk növbədə uşaqlarımdan hədiyyə gözləyirəm. Çünki onlar mənə hədiyyəni öz əlləri ilə hazırlayıb verirlər. Bunlar ya açıqca, ya da rəsm işləri olur.
Milli Məclisdə də hər zaman bayram münasibətilə bütün xanım deputatlarımız təbrik edilir. Parlament rəhbərliyi tərəfindən bizə açıqcalar, gül dəstələri verilir. Mənim üçün isə ən əhəmiyyətli hədiyyə keçən il oğlumun əl işi olub. Mən hələ də onun düzltdiyi əl işi – quş həddiyəsini saxlayıram. 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycanımızın bütün xanımlarını təbrik edirəm. Onlara can sağlığı və uğurlar arzulayıram”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü