Modern.az

Bayıl yamacında dağılmış 6 evin sahibinə maddi yardım verilib

Bayıl yamacında dağılmış 6 evin sahibinə maddi yardım verilib

Aktual

20 Aprel 2018, 14:11

2018-ci ilin yanvar ayında ı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpmış, 10 fevral 2018-ci il tarixində atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacındakı ərazidə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində 4 fərdi yaşayış evi   tam, 2 fərdi yaşayış evi isə qismən dağılmışdı.

Artıq həmin evlərin sakinlərinə birdəfəlik maddi yardım verilib. Modern.az xəbər verir ki, bu barədə Səbail Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.  



Qeyd edilib ki, vətəndaşların problemlərinin həlli ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ərazidən köçürülmüş 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqlarının ödənilməsinə vəsait ayrılıb.


Həmçinin Nazirlər Kabinetinin digər sərəncamına uyğun olaraq bu ərazidə baş vermiş lokal torpaq sürüşməsı nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evlərində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilib.

Hazırda sürüşmə ərazisində mütəxəssislər tərəfində araşdırmaların aparılması davam edir və onların rəyinə əsassən bu ərazidə yerləşən tikililərin gələcək taleyi müəyyən olunacaq

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü