Modern.az

“Sahil” stansiyasında təmirə bağlanma səbəbi bu imiş  

“Sahil” stansiyasında təmirə bağlanma səbəbi bu imiş   

7 İyun 2018, 12:41

1967-ci il noyabrın 6-da Bakı metropoliteninin istifadəyə verilən ilk sahəsinin 5 stansiyasından biri olan "Sahil" stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu. 

Modern.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" ASC-nin sədrinin müavini Hidayət Məmmədov jurnaslitlərin suallarını cavablandırarkən bildirib. O qeyd edib ki, “Sahil" stansiyasında təmir işlərinə bağlanmasının əsas səbəbi eskalatorların dəyişdirilməsi zərurəti olub:

“Bunun üçün bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi. Təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənib”.

 

Qurum rəsmisi bildirib ki, hər hansı problem yaranacağı təqdirdə sərnişinlərin təxliyəsində də eskalatorların çoxluğundan istifadə nəzərdə tutulub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü