Modern.az

Sarkisyan 3 gündür ki, Azərbaycanda imiş

Sarkisyan 3 gündür ki, Azərbaycanda imiş

9 Avqust 2018, 11:50

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan müalicə üçün gütdiyi İtaliyadan geri qayıdıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sarkisyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərinə istiqamətlənib.

Onun həmçinin məzuniyyətdə olduğu bildirilən İtaliyadan qayıtdıqdan sonra qısa müddətdə olsa da Yerevanda qaldığı bildirilir.

Sarkisyanın artıq 3 gündür ki, Xankəndidədir.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsindən sonra Serj Sarkisyanın həm məzuniyyət, həm də, müalicə üçün Avropaya üz tutduğu bildirilirdi. Sarkisyanın qayıdan kimi Koçaryanın müdafiəsinə qalxmış separatçı rejimin ixtiyarında olan ərazilərə çəkilməsi isə onun Qarabağ klanına sığındığını göstərir.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin mart hadisələri, yəni seçkilər zamanı konstitusion quruluşu devirməyə görə həbs edilib. Həmin seçkilərdə Serj Sarkisyan ölkə prezidenti seçilib.

 

Əvəz Zeynalov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü