Modern.az

Sendviç oğurlayan deputat mandatından imtina etdi

Sendviç oğurlayan deputat mandatından imtina etdi

Aktual

15 Fevral 2019, 18:17

 

Sloveniya parlamentinin deputatı Dariy Krayçiç Lyublyanadakı mağazalardan birindən sendviç oğurlaması qalmaqalından sonra mandatından imtina edib.

 

“Maryan Şareçin Siyahısı” fraksiyasından olan 54 yaşlı deputat supermarketdəki kassanın qarşısında bir neçə dəqiqə dayandıqdan sonra təhlükəsizlik sistemini yoxlamaq üçün cibində kifayət qədər nağd pul olmasına baxmayaraq, götürdüyü sendviçin pulunu ödəməmiş mağazanı tərk edib. 

 

Oğurluğu görməyiblər. O, bir müddət sonra qayıdıb və sendviçin pulunu ödəyib. Hadisədən sonra siyasətçi uğursuz sosial eksperimentə görə üzr istəyib. “Maryan Şareçin Siyahısı” fraksiyasının rəhbəri Brane Qolubiç Krayçiçin bu hərəkətinə kəskin reaksiya verib. 

 

Bundan sonra deputat mandatından imtina edib.

 

Xatırladaq ki, Krayçiç 2018-ci ilin sentyabrında Sloveniya parlamentinə seçilib. (oxu.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü