Modern.az

Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”  

Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”  

Aktual

24 May 2019, 13:04

“O zaman Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr var idi”.

 

Modern.az xəbər verir ki, bunu “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib. V.Ələsgərovun sözlərinə görə, bəzi ölkələr bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərcləyirdilər.

“Heydər Əliyevin nüfuzu sayəsində Azərbaycan dünya siyasətini formalaşdıran insanlar arasında öz yerini tapa bildi”.

 

Vitse spiker vurğulayıb ki, BTC-nın maliyyələşdirilməsində Dünya Bankının iştirak etməsi çox vacib idi:

 

“Nə qədər maliyyə ayırmasından asılı olmayaraq Dünya Bankının bu layihəni maliyyələşdirməsi vacib idi. Heydər Əliyev şəxsən Dünya Bankının rəhbərlərinə bu layihəni təqdim etdi. Heydər Əliyevin nüfuzu sayəsində bu layihə həyata keçdi. Bu gün Azərbaycan artıq özünü beynəlxalq arenada təsdiq edib”.

 

V.Ələsgərov əlavə edib ki, bütün bu işlər həmrəylik nəticəsində həyata keçdi: “Azərbaycanda həmrəylik, iqtidar-xalq birliyi olmasaydı bu işləri həyata keçirmək mümkün olmazdı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü