Modern.az

Kişilərin saqqal saxlaması məşhur firmaya ciddi ziyan vurdu

Kişilərin saqqal saxlaması məşhur firmaya ciddi ziyan vurdu

Aktual

8 Avqust 2019, 16:35

Son illər kişilər üçün dəb halına gəlmiş saqqal iqtisadiyyata da təsirsiz ötüşməyib.  Belə ki, filmlərdə də üstünlük verilən bu forma tanınmış  ülgüc firması “Gillette”ə ziyan vurub.

Modern.az  xarici  KİV-ə istinadən xəbər verir ki, 118 illik tarixə malik olan bu firma saqqal saxlamaq  dəb halını aldıqdan sonra 8 milyard dollar ziyana uğrayıb.   Şirkətin nümayəndəsi Con Moller  “Saqqal təraşına marağın azalması ülgüc və təraş sonrası baxım kremlərimizin satışına da xeyli  ziyan gətirib”- deyə bildirib.

Artıq demək olar ki, 5 kişidən 4-ü saqqala üstünlük verir.  Dünya film ulduzlarının trend halına gətirdikləri bu forma gündəlik həyatda bəylərin sevimli üslubuna çevrilməkdədir.  

Saqqal saxlayan məşhurlara nümunə olaraq Robert Pattinson, Bradley Cooper, Justin Timberlake, Chuck Norris  və digər  kino ulduzlarının adını çəkmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü