Modern.az

Bakının mərkəzində gəzən öküz qəzaya səbəb oldu - FOTO

Bakının mərkəzində gəzən öküz qəzaya səbəb oldu - FOTO

Aktual

9 Avqust 2019, 20:13

Günün pik saatında Bakı küçələrində gəzən öküz nəqliyyatın hərəkətinə mane olub.

Modern.az xəbər verir ki, maraqlı hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib. Tıxac zamanı qəfil peyda olan öküz yol hərəkəti qaydalarını "pozub", avtomobillərin hərəkətinə mane olub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, küçədə rahatlıqla gəzən öküz hətta qəza da törədib. O, bir nəqliyyat vasitəsini və motosikleti vurub.


Qurum sözçüsü qeyd edib ki, öküzün prospektdə necə peyda olması və sahibinin kimliyi araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü