Modern.az

Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq

Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq

Dünya

17 Oktyabr 2019, 00:50

"Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz. "Sülh bulağı" əməliyyatı onun məqsədləri məqsədlərinə nail olmayana qədər əvvəlki tempdə davam edəcək".

Modern.az xəbər verir ki,  bu fikirləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bir sıra ölkənin Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Sülh bulağı" əməliyyatını dayandırmağa çağırışlarını şərh edərkən bildirib.

İ.Kalın qeyd edib ki, "Sülh bulağı" əməliyyatı "bir dəfəyə bir neçə oyunu pozub: "Sülh bulağı" əməliyyatının məqsədlərindən birinin Suriyada demoqrafik vəziyyətin dəyişdirilməsi olması barədə iddialar həqiqətə uyğun deyil. Bunu YPG/PYD terrorçuları edir".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü