Modern.az

Avrokomissiyanın baş direktoru Gürcüstana gedəcək

Avrokomissiyanın baş direktoru Gürcüstana gedəcək

Dünya

30 Aprel 2024, 15:42

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupmanın Gürcüstana səfəri açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin press-relizində qeyd olunur.

 

O, mayın 1-2-də Tiflisdə xarici agentlər haqqında gələcək qanunla bağlı parlament dinləmələri, etiraz aksiyaları və Brüsseldən xəbərdarlıqlar fonunda danışıqlar aparacaq.

 

Kupman “doqquz addım”ın icrasını müzakirə edəcək, hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək və Aİ tərəfindən maliyyələşdirilən bir neçə layihənin açılışını edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi