Modern.az

Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanıldı

Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanıldı

Aktual

22 Oktyabr 2019, 10:00

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən rayon sakini 35 yaşlı Ağaqulu Quliyev saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, oktyabrın 12-də Hacıqabul rayon sakini Vasif  Manafov  DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə  və Hacıqabul RPŞ-yə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1350 manat olan məişət avadanlıqlarının oğurlanması ilə bağlı məlumat verib.

 

Polis oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini 35 yaşlı Ağaqulu Quliyevi saxlayıb və dindirilmə zamanı A.Quliyev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı məişət avadanlıqları satdığı şəxslərdən maddi sübut kimi götürülüb.

        

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü