Modern.az

YAP-ın “fövqəladə iclas”ında bu üç nəfərə danışmaq İCAZƏSİ VERİLDİ

YAP-ın “fövqəladə iclas”ında bu üç nəfərə danışmaq İCAZƏSİ VERİLDİ

Aktual

28 Noyabr 2019, 18:03

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib

Səhər saat 11-də keçirilən iclasda YAP Siyasi Şurası və İdarə Heyətinin 100-dən çox üzvü iştirak edib.


Modern.az
-ın məlumatına görə, iclasda YAP-ın rəhbər strukturlarında təmsil olunan üç nəfər çıxış edib.

Bunlar İdarə Heyətinin üzvü Akif Əlizadə (Yeni Azərbaycan Partiyasının sədr müavini) və Siyasi Şura üzvləri  Hadi Rəcəbli (Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri), Ziyafət Əsgərov (Milli Məclisin sədrinin birinci müavini) olub.

Verilən məlumata görə, onların çıxış etməsi YAP rəhbərliyinin razılığı ilə gerçəkləşib.


Qeyd edək ki, Siyasi Şuranın iclasında Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi tövsiyə edilib. Yekdil qərarla Milli Məclisin buraxılması haqqında ölkə prezidentinə müraciət  qəbul olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü