Modern.az

UEFA Region kubokunun püşkü atılıb

UEFA Region kubokunun püşkü atılıb

Aktual

3 Dekabr 2019, 23:59

UEFA Region kuboku turnirinin 2020/2021-ci il mövsümünün püşkü atılıb.

Modern.az AFFA-ya istinadən xəbər verir ki, A qrupunda yer alan təmsilçimiz ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq. Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək.

Komandamız ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna və Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.

Qeyd edək ki, ölkəmizi bu turnirdə Region Liqasının 2018/2019-cu il mövsümünün qalibi olmuş “Uğur” (Sumqayıt) komandası təmsil edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü