Modern.az

İçərişəhər İSESKO-nun İslam İrsi Siyahısına DAXİL EDİLDİ

İçərişəhər İSESKO-nun İslam İrsi Siyahısına DAXİL EDİLDİ

Mədəni̇yyət

18 Dekabr 2019, 17:12

Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclası keçirilib.

 

İclasın yekun sənədinə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib. Qız qalası və Şirvanşahlar Sarayı kompleksi də Qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə olunub.

 

Bu barədə Modern.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Səfayə Əhmədova bildirib.

 

“Azərbaycanın daha iki tarixi məkanı – Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri də siyahıya əlavə olunan məkanlar sırasındadır. Ümumilikdə, 117 tarix və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına daxil edilib.

 

Sözsüz ki, bu əhəmiyyətli hadisə ölkə rəhbərliyi tərəfindən milli mədəni irsimizin qorunması və təbliği sahəsində daimi görülən işlərin daha bir bariz nümunəsidir”.

 

Qeyd edək ki, İSESKO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması, qorunması sahəsində fəaliyyətin gücləndirilməsi prioritet elan edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü