Modern.az

Korrupsiyaya görə niyə ancaq kiçik məmurlar cəzalandırılır?

Korrupsiyaya görə niyə ancaq kiçik məmurlar cəzalandırılır?

11 May 2012, 09:52

Hüquqşünas: "Yuxarı dairələrdə tərəflərin maraqları təmin olunduğu üçün bu barədə məlumatlar verilməsi də azalır".

Son vaxtlar Azərbaycanda korrupsiyaya görə, kiçik və orta vəzifəli məmurların cinayətə cəlb olunması haqda rəsmi informasiyalar verilir. Bu məmurların əksəriyyəti nazirlik əməkdaşları olsa da, faktlara görə heç bir nazirlik məsulyyəti öz üzərinə götürmür. Korrupsiyaya görə saxlanılan məmurun işlədiyi nazirlik iddia edir ki, məsuliyyəti həmin şəxsin özü daşıyır. Nazirliklər artıq öz əməkdaşlarının korrupsiyaya görə tutulmasını adi xəbər kimi qarşılayır. Niyə? 

Modern.az  məsələ ilə bağlı QHT-lərin Korrupsiyaya qarşı mübarizə şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev və yazıçı Seyran Səxavətdən münasibət öyrənib. 

QHT-lərin Korrupsiyaya qarşı mübarizə şəbəkəsinin koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Ə.Nuriyev məsələyə hüquqi tərəfdən qiymət verərək bildirdi ki, keçid dövrünü yaşayan ölkələrdə korrupsiyaya qarşı uzunmüddətli mübarizə aparılır. Onun sözlərinə görə, dünya təcrübəsində bir çox ölkələrdə - Sinqapurda, Honkonqda, Şərqi Avropada da anoloji hallar mövcüddür. O ölkələrdə də bunula bağlı müəyyən strategiyalar, proqramlar  hazırlanır: “Azərbaycan da beynəlxalq təcrübəyə əsaslanaraq, iki dövlət proqramı qəbul edib.  Birinci proqram 2004-2006-ci illəri əhatə edirdi. İkinci proqram isə 2007-2011-ci illərdə həyata keçirilib. Artıq həmin proqram da başa çatıb”. Ə.Nuriyev Azərbaycanda korrupsiyaya qarşı yeni proqram hazırlandığını vurğulayıb.

Hüquqşünas deyir ki, dünyanın bütün ölkərində koorrupsiya az və ya çox dərəcədə var. Ə.Nuriyev problemdən çıxış yolunu rüşvətə görə, məsuliyyətə cəlb olunan şəxslərin cəzasının  ağırlaşdırılmasında görür. Onun fikrincə, qanunla istənilən korrupsiya cinayəti törədən şəxs cinayətə cəlb edilməlidir: “Cəzanın ağırlığı prinsipi qoyulmalıdır. Əks halda cəzasızlıq yeni-yeni cinayət əməllərinin törədilməsinə şərait yaradır. Bu gün bizdə məişət korrupsiyası, inzibatı korrupsiya ilə mübarizədə daha sərt tədbirlərin görülməsi müşahidə olunur. Nəzərə alsaq ki, məmurlar daha cox sadə vətəndaşlarla ünsiyyətdə olurlar. Çox zaman sövdələşmə prosesi burda baş verir. Belə olan halda narazı tərəf əksər hallarda adi vətəndaş olur. Və belə şikayətlər nəticəsində antikorrupsiya əməliyyatları keçirilir. Amma yuxarı qalxdıqca, burda tərəflərin maraqları təmin olunduqda bu barədə məlumatların verilməsi də azalır. Çünki burada hər iki tərəfin maraqları təmin olunur. Ona görədə sübutların mötəbərliyi əsas olmalıdır. Onların tədqiqatı aparılmalıdır. Ciblərə axan vəsaitlərin dayandıırılması prossei getməlidir”.

Yazıçı Seyran Səxavət də məsələ ilə bağlı bildirdi ki, rüşvətxorların sayının çoxluğu cəmiyyətdə bu hala qarşı immunitet yaradıb. Ona görə də belə hallar adiləşib:
“Mirzə Ələkbər Sabir yaxşı deyib ki, böyükləri aradan götürmək lazımdır. Onda balacalar özləri sıradan çıxacaq. Ona görə də, korrupsiya ilə mübarizənin metodunu dəyişmək lazımdır. Bu problemə mübarizə yox, müharibə elan etmək lazımdır”.      

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü