Modern.az

Şənbə və bazar günləri hərəkət məhdudlaşdırılacaq? - Rəsmi cavab

Şənbə və bazar günləri hərəkət məhdudlaşdırılacaq? - Rəsmi cavab

Aktual

22 May 2020, 17:12

Sanitar-epidemioloji sahə üzrə mütəxəssislər tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha bu həftənin şənbə-bazar günləri hərəkətin məhdudlaşdırılması barədə müraciət olunub.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

Operativ Qərargah şənbə və bazar günləri hərəkətin məhdudlaşdırılması barədə təklifi qəbul etməyib. 


"Şənbə və bazar günləri, həmçinin bayramlarda müəyyən qadağalar müzakirə olunsa da, bu, tətbiq edilmədi".

R.Bayramlı qeyd edib ki, bu səbəbdən də vətəndaşlar iftar süfrələri, bayram ziyarətlərindən çəkinməlidirlər:

"Biz digər ölkələrdəki kimi, yumşalmadan sonra sərtləşdirməyə getməyin tərəfdarı deyilik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!