Modern.az

Hərbi təxribatlara və virusa baxmayaq Azərbaycan iqtisadiyyatı inkişaf edir

Hərbi təxribatlara və virusa baxmayaq Azərbaycan iqtisadiyyatı inkişaf edir

Aktual

31 Oktyabr 2020, 17:04

Ermənistanın hərbi təxribatları və dünyanı bürüyən koronavirus infeksiyasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında inkişaf davam edir.

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

 

O bildirib ki, bu proseslər Azərbaycan iqtisadiyyatına mənfi təsir etsə də, ölkə iqtisadiyyatının artım tempi ən yaxşı inkişaf tempdir: "Bu müddət ərzində Azərbaycanın valyuta ehtiyatları artıb. Ölkənin kənd təsərrüfatı 1,4 faiz artıb, manat öz dəyərində qalıb. Bu inkişafın heç biri Ermənistanda yoxdur. Gərgin olsa da Azərbaycan iqtisadiyyatı normal inkişaf edib".

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!