Modern.az

Ramiz Fətəliyevin dönüklüyü

Ramiz Fətəliyevin dönüklüyü

Mədəni̇yyət

28 İyul 2012, 13:16

Face-də Çingiz Sultansoyun bir statusunu oxudum, yaddaşım təzələndi.

Google-da axtarış verib tapdım: 15 noyabr, 2008, 10:33. “Rüstəm İbrahiməyovun “işi”. Milli manqurtlara cavab”. Müəllif – Ramiz Fətəliyev.

Yəqin ki, xatırlatmama ehtiyac yoxdur. Amma təkrar biliyin anasıdır: Ramiz Fətəliyev də Kinematoqrafçılar İttifaqını tərk edənlərdən biridir. Bir vaxtlar onu müdafiə edən, ona dəstək verən neçə-neçə nəfərdən biri.

Bu qovğada mən heç bir tərəfi dəstəkləmirəm. Bu gün Rüstəm İbrahimbəyov və Ramiz Fətəliyev ayrı-ayrı tərəflərdə olsa da, mənim üçün onların hər ikisi tərəzinin eyni gözünə qoyulası adamlardır.

İnsanların öz ictimai-siyasi baxışlarını dəyişməsinə də normal baxıram. Bunu tədricən etmək bir şey, qəfildən 180 dərəcə dəyişmək başqa şeydir.

Ramiz Fətəliyevin də 2008-ci ildə Rüstəm İbrahimbəyovu müdafiə edərkən belə yazıb: “...biz təkcə hər kəsin öz əqidəsinə malik olma hüququnu deyil, həm də BU ƏQİDƏNİ DƏYİŞMƏK HÜQUQUNU tanımalıyıq”.

Həmkarının müdafiəsinə qalxaraq “Rüstəm İbrahiməyovun “işi”. Milli manqurtlara cavab” məqaləsini yazarkən Ramiz Fətəliyevin əqidəsi tam başqa idi. Kinematoqrafçılar İttifaqından çıxarkən tam başqa. Çünki “Həyat dayanmadan irəliləyir, biz də irəliləyirik” Amma hara doğru?

Əgər üçüncü qüvvə sayılacaq ziyalı (həm də özünü elita sayan) təbəqə, müqayisə üçün deyək, tutalım, siyasi təbəqə kimi fərqli mövqelərdə cəhbələşirsə, xalq kimdən imdad gözləməlidir? Əgər dünən həmkarını ƏQİDƏSİNƏ GÖRƏ tərifləyən bu gün ona dönük çıxırsa, xalq kimə, necə və niyə inanmalıdır? Əgər ƏQİDƏSİNİ DƏYİŞMƏK HÜQUQU tanınmalı “yüksək əyarlı ziyalı Vətəninə lazımı qədər vaxt ayırmamaqda peşmançılıq çəkirsə, öz xalqının həyatında elə də aktiv iştirak etmirsə” onun xalqın ziyalısı, həm də elit təbəqə nümayəndəsi olmasını təsdiqləyən nədir?

İş təkcə Ramiz Fətəliyevlə bitsəydi, dərd yarıydı. Müşkül ondadır ki, dönüklük artıq Azərbaycan ziyalısının alın yazısı, tanınma nişanı. “Elit olmayanlar” istisna olmaqla. Yaxşı ki, onlar var. Abırlarına qısılıb sussalar da. Hər gün danışmasalar da. Sağa-sola müsahibələr paylamasalar da. Foto-şəkillərlə posterlərə çıxmasalar da. TV-də gəvəzəlik etməsələr də.

Amma hətta bir şeirlə belə cəmiyyəti silkələyə, haqsızın kürkünə birə sala, haqlıya dəstək ola bilənlər...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü