Modern.az

Milli Məclisdə büdcə müzakirələri onlayn yayımlanır

Milli Məclisdə büdcə müzakirələri onlayn yayımlanır

Parlament

23 Dekabr 2020, 11:10

“Hazırda Milli Məclisin sədri Sahibə Qafarova, komitə sədrləri və deputatları bizi  onlayn qaydada izləyir”.

 

 Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

 

Onun sözlərinə görə, deputatlar yazılı şəkildə büdcə ilə bağlı öz rəy və təkliflərini təqdim edəcəklər.

 

“Pandemiya müddətində komitələrin iclaslarının əksəriyyəti onlayn keçirilib. Nizamnamədəki dəyişilkliyə görə deputatların hamısı koronavirus testindən keçirilir. Hazırda deputatlar bizi onlayn izləyir. Onların bizi yalnız dinləmək imkanı var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir