Modern.az

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək? - Zahid Orucun CAVABI

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək? - Zahid Orucun CAVABI

1 May 2024, 10:46

Prezident seçkiləri rəqib qüvvələr tərəfindən qəbul olunmurdu. Ancaq bu seçkilərin erkən çəkilməsinin bir neçə səbəbləri vardı.

 

Bunu Modern.az saytına müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc deyib.

 

"Rəqib qüvvələr tərəfindən iddia atılırdı ki, erkən seçkilərin keçirilməsinin səbəblərindən biri Rusiya sülhməramlı qüvvələrinin burada qalması ilə bağlı danışıqlardır. Bu proqnozla da onlar yanılmış oldular. Müxalif qüvvələr bu seçkilərdən sonra yenilənməli olduğunu bilməli və deməlidirlər. Onlar yeni dövrün ideologiyasından uzaq qalıblar. Bu ilin növbəti seçkilərinə gəldikdə isə deyə bilərəm ki, ilin siyası gündəliyi olduqca sıxdır. Mənim subyektiv fikrimdir ki, seçkilər bir müddət ertələnə bilər", - o əlavə edib.

 

Komitə sədri qeyd edib ki, parlament seçkilərinin bələdiyyə seçkilərindən sonra keçirilməsinə qanunvericilik icazə vermir, hüquqi yol tanınmır.

 

"Əgər zəruri hal yaşanarsa Konstitusiya məhkəməsi toplaşıb ayrıca rəy verməlidir. Ona görə də bəzi dəyşikliklər gözlənilə bilər", - Zahid Oruc bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Milli Məclisin deputatları Fəzail AğamalıQüdrət Həsənquliyev də saytımıza açıqlamasında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...