Modern.az

Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi

Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi

Aktual

2 Mart 2021, 00:33

Gəncədə ehtiyatsızlıqdan bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin “38 Hərbi  şəhərcik” adlanan yaşayış binasındakı mənzillərin birində  qeydə alınıb.

 

2001-ci il təvəllüdlü Fidan İsmayılova qarının daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Qadının yaxınlarının dediyinə görə, mətbəxtə ehtiyatsızlıqdan bıçaq əlindən düşüb qarnına batıb.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi