Modern.az

Avropa İttifaqı Zəngəzura 1,5 milyard avro ayıracaq

Avropa İttifaqı Zəngəzura 1,5 milyard avro ayıracaq

Dünya

3 İyul 2021, 21:06

Avropa İttifaqı (Aİ) yaxın beş il ərzində Ermənistana bir sıra proqramların reallaşdırılmasına 1,5 mlrd. avro ayıracaq.

 

Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, iyulun 2-də Brüsseldə Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdə həyata keçirmək niyyətində olduğu bütün təşəbbüslərin göstərildiyi müvafiq sənəd təqdim edilib.

 

“Ermənistana Sünik vilayətinin (Zəngəzur) inkişafı da daxil olmaqla, beş əsas proqramın reallaşdırılması üçün 1,5 mlrd. avrodan çox avro veriləcək”, - məlumatda deyilir.

 

Vəsait 30 min kiçik və orta müəssisəyə, sosial-iqtisadi inkişafa və kommunikasiyaların inkişafına yardım, “Şimal-Cənub” yolunun tikintisinə, informasiya texnologiyaları sahəsinə sərmayənin qoyulmasına, Ermənistanın cənub regionlarının dayanıqlılığının artırılmasına yönəldiləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü