Modern.az

Yaponiyada torpaq sürüşməsi: 80 ev dağıldı - itkin düşənlər var

Yaponiyada torpaq sürüşməsi: 80 ev dağıldı - itkin düşənlər var

Dünya

4 İyul 2021, 08:08

Ötən gün Yaponiyanın Atami şəhərində torpaq sürüşməsi baş verib.

 

Modern.az NHK telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində, təxminən 80 ev dağılıb, 2 nəfər ölüb, 20 nəfər itkin düşüb.

 

Bu rəqəmlərin artacağı istisna edilmir.

 

Təxminən 2 km ərazidə axtarış əməliyyatlarına başlanılıb. Evlərin dağıntıları altından, təxminən 19 nəfər tapdılıb.

 

100-300 aralığında evlər müxtəlif dərəcədə zədələnib.

 

Sürüşməyə səbəb kimi Yaponiyanın mərkəzi və şərq bölgələrinə düşən güclü leysan yağışları göstərilir.

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!