Modern.az

Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək

Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək

4 Avqust 2021, 12:36

Sabah – 5 avqust 2021-ci i tarixdə Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyası əleyhinə növbəti vaksinasiyası keçiriləcək. Bununla bağlı Azərbaycan Mətbuat Şurası ilə TƏBİB arasında razılığa gəlinib.

 

Şuradan Modern.az-a verilən məlumata görə, sabah bu il iyunun 29-da peyvəndin birinci dozası tətbiq edilmiş jurnalistlərə ikinci doza tətbiq ediləcək. Eyni zamanda ümumən vaksinasiyadan keçməmiş digər jurnalistlər də aksiyada iştirak edə bilərlər.

 

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!