Modern.az

İlham Əliyev Gürcüstanın Prezidentinə başsağlığı verdi

İlham Əliyev Gürcüstanın Prezidentinə başsağlığı verdi

Ölkə

9 Oktyabr 2021, 16:25

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.

 

Modern.az-ın xəbərinə görə, məktubda deyilir:

 

“Hörmətli xanım Prezident,

 

Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

 

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü