Modern.az

Britaniya COVID qaydalarını sərtləşdirir

Britaniya COVID qaydalarını sərtləşdirir

Dünya

8 Dekabr 2021, 23:53

Böyük Britaniyada koronavirusun yeni "Omicron" ştamının yayılması ilə daha sərt məhdudiyyətlər tətbiq ediləcək.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boris Conson məlumat yayıb.

 

Hökumət tətbiq etdiyi "B planı"na görə, gələn həftədən vətəndaşlar evdən iş formatına keçəcəklər.

 

Dekabrın 10-dan bir sıra ictimai yerlərdə, xüsusən də teatr və kinoteatrlarda maskaların taxılması məcburi olacaq. Bir həftədən sonra qapalı məkanlara gələnlər (məsələn, gecə klublarında) COVID-19 pasportlarını təqdim etməlidirlər.

 

Qeyd edək ki, Böyük Britaniyada son sutka ərzində "Omicron" ştamına 131 yoluxma halı qeydə alınıb, bununla da ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 568-ə çatıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü