Modern.az

Daha bir ölkə vətəndaşlarını Ukraynadan çıxarır

Daha bir ölkə vətəndaşlarını Ukraynadan çıxarır

Aktual

25 Yanvar 2022, 15:24

Yaponiya hakimiyyəti vətəndaşlarını mümkün qədər qısa müddətdə Ukraynanı tərk etməyə çağırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yosima Hayasi və hökumətinin baş katibi Xirokadza Masuni bildiriblər.

 

Qeyd olunub ki, bundan əlavə, Yaponiya vətəndaşlarının, o cümlədən Ukraynadakı səfirliyin əməkdaşlarının təhlükəsizliyi gücləndiriləcək.

 

Eyni zamanda, Yaponiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını Ukraynaya istənilən səfərlərdən çəkinməyə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı