Modern.az

Çinin növbəti hədəfi ABŞ-ın hərbi təyyarələridir

Çinin növbəti hədəfi ABŞ-ın hərbi təyyarələridir

Aktual

31 Yanvar 2022, 11:53

"Bir neçə gün əvvəl ABŞ hərbi dəniz qüvvələrinə məxsus F-35 yeni nəsil qırıcı təyyarəsi Cənub Çin dənizində “Carl Vinson” təyyarədaşıyan gəmisinə eniş edərkən qəzaya uğrayıb. Bu tip müasir təyyarələrin dəyəri təxminən yüz milyon dollardır. Söhbət yalnız təyyarənin dəyərindən getmir. Həmin təyyarənin idarəetməsi ən müasir texnologiyalara əsaslanır".

 

Bu fikirləri Modern.az-a açıqlamasında “Atlas” Araşadırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. 

 

Onun sözlərinə görə, ABŞ dənizə düşən həmin təyyarəni qısa zamanda göyərtəyə qaldırmalıydı ki, Çinin hərbi gəmiləri hadisə yerinə yaxınlaşmasın:

 

"Çin dünyada modern texnikalarının “kopyalaması” ilə məşhurdur. Həmin təyyarədə Amerikanın müasir və gizli texnologiyaları yer alıb. Ona görə də Pentaqon Çinin təyyarəni ələ keçirməsinin qarşısını almalıydı. Buna baxmayaraq, Çin Amerikanın hərbi təyyarələrini başqa yollarla ələ keçirməsi təşəbbüslərindən əl çəkməyib.

 

“Defense News” dərgisinin yazdığına görə, Çin Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar apararaq, onlara məxsus F-35 təyyarələrini almağa çalışır. Amerikalı ekspert Emili Hardinqin sözlərinə görə, Çinin “Huawei” şirkəti 5G texnologiyasını mənimsəyib və bu texnologiyanı Birləşmiş Ərəb Əmirliklərindən əldə etmək istədiyi təyyarələrdə yerləşdirməyi planlaşdırır. Pekinin başqa məqsədi ABŞ təyyarəsindəki mövcud texnologiyaları öyrənib eynisini öz hərbi təyyarələri üçün istehsal etməkdir. Böyük Britaniyanın digər eksperti Andreas Kreyq hesab edir ki, Çin Amerika təyyarələrindəki gizli serverləri asanlıqla ələ keçirə bilər".

 

E.Şahinoğlu onu da qeyd edib ki, mövcud vəziyyət Pentaqonu narahat etdiyindən Birləşmiş Ərəb Əmirliklərindən Çinə təyyarə satışıyla bağlı danışıqları dayandırmağı tələb edilib:

 

"Amerikanın başqa tələbi “Huawei” şirkəti ilə təmasların dayandırılmasıdır. Ancaq Pentaqon üçün Çini nəzarətdə saxlamaq getdikcə çətinləşir. Pekin son illərdə hərbi qüdrətini xeyli artırıb. Çin keçmiş illərdə hərbi texnikanı müxtəlif ölkələrdən alırdı. Ancaq son illərdə Çinin hərbi sənaye kompleksi xeyli inkişaf edib. Buna baxmayaraq, Çin hərbi texnikanın istehsalında Amerika ilə ayaqlaşmaq istəyir. Bunun üçün sürəti artırmağa və başqalarının icadından yararlanmağa üstünlük verir".

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var