Modern.az

Sahibkarları sevindirən XƏBƏR - Daha bir il

Sahibkarları sevindirən XƏBƏR - Daha bir il

İqtisadiyyat

1 Fevral 2023, 15:00

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qanun layihəsi müzakirədən sonra qəbul olunub.

 

Qanunun 2-ci maddəsində nəzərdə tutulan yoxlamalar (vergi, gömrük, maliyyə bazarları, özəl tibb fəaliyyəti, dərman vasitələrinin və qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarına müdaxiləsi və sayğacdankənar şəbəkəyə qanunsuz qoşulması ilə bağlı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan yoxlamalar) istisna olmaqla, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb.

 

Qanun layihəsi həmin vaxtın daha bir il müddətinə (2024-cü il yanvarın 1-dək) uzadılmasını nəzərdə tutur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü