Modern.az

Bakıda izdiham: Hamı Türkiyə üçün səfərbər oldu - VİDEO

Bakıda izdiham: Hamı Türkiyə üçün səfərbər oldu - VİDEO

Reportaj

7 Fevral 2023, 18:27

Türkiyədə yardıma ehtiyacı olan əhaliyə kömək məqsədi ilə Bakıda kampaniya başladılıb.

 

Bu gündən start verilən yardım kampaniyasında sözün əsl mənasında izdiham yaşanır. Yüzlərlə insan aksiyanın keçirildiyi yerə axın edərək, qardaş türk xalqına yardımlarını çatdırır.

 

Zəlzələdən zərər çəkən insanlar üçün geyimlər, qızdırıcı vasitələr və qidalar toplanaraq Türkiyəyə yola salınacaq. 

 

Məlumat üçün bildirək ki, yardım toplama məntəqəsi Bakı şəhəri, Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasında yerləşir. Yardım kampaniyasına dəstək olmaq istəyən şəxslər qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corablar və s. əşyaları mebel salonuna gətirərək təhvil verə bilərlər. Eyni zamanda məntəqəyə çadır, yorğan, döşək, fənər, generator, poverbank, təmizlik alətləri və s. istifadəyə yararlı əşyalar gətirmək olar.

 

Daha ətraflı Modern.az-ın hazırladığı videoreportajda:

 

 

Operator: Əjdər İbrahimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?