Modern.az

Gədəbəyli jurnalist deputatı məsuliyyətsiz adlandırdı

Gədəbəyli jurnalist deputatı məsuliyyətsiz adlandırdı

Aktual

30 Aprel 2024, 12:50

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun İTV-nin efirində Başkəndlə bağlı səsləndirdiyi fikirlər narazılığa və geniş  müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Qərbi Azərbaycanlıların köç və işğal problemlərinin araşdırıcısı, Araşdırmaçı jurnalistlər Liqasının Baş katibi Şəfayət Avılbəyli deputatın bu çıxışını həmişəki kimi məsuliyyətsiz çıxış adlandırıb.

 

Modern.az xəbər verir ki, jurnalist qeyd edib ki, Rasim Musabəyov nə Başkənd ərazisini tanıyır, nə də ki, strategiyanın nə olduğundan xəbərsizdir. Başkənd ümumiyyətlə Şınıx mahalının göbəyində “qara yara” idi. Musabəyovun diqqətinə çatdırıam ki, Başkənd qəsəbəsi 1920-ci illərdə  təbii ki, Sovet rəhbərliyi  tərəfindən haqsız olaraq Ermənistana verilmiş və Sovet ideoloji xəttinin təhlükəli bir hissəsi  kimi düşünülmüş şəkildə qarşıdurmalarada, siyasi hakimiyyətin problemlər yaşadığı zamanlarda mövcud vəziyyətdən yararlanmaya xidmət edirdi. Bu da yaxın tariximizdə 1988-ci ildən sonrakı hadisələrdə özünü biruzə verdi.

 

Ermənilər min hiylələrlə  tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə "Arsvaşen" adını qoysalarda tarixdən də bəllidir ki, ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında baş tutub və bu Musabəyovun dediyinin əksinə olaraq işğalçı Çar Rusiyasının Qafqaz strategiyasının bir hissəsi, həmdə çox mühüm bir hissəsi idi. Çar Rusiyasının Qafqaz siyasəti, eləcə də bolşeviklərin bir başqa müstəvidə işğalçılıq məfkurəsi təkcə coğrafi kontekstdə ərazilərin zəbti ilə məhdudlaşmırdı, bunun digər qatında etnosun milli mədəniyyət fonduna qarşı total hücumlar özünü göstərirdi. Ermənilərdə məhz bu strategiyadan istifadə edirdilər.

 

Musabəyov bilməlidir ki, ermənilərin Bakıda və digər ərazilərimizdə hegemonluğunun tək bir səbəbi olub.O da vaxtilə ölkəmizə rəhbərlikdə təmsil olunan sapı bizdən olan  bolişeviklərin əməyi və xidmətləri nəticəsində.... Onu da qeyd edim ki,Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirdilər və Şınığın 32 kəndi blokadaya düşdü.Bu necə ola bilər ki, bir balaca kənd olan Başkənd mühüm strateji əhəmiyyət kəsb etməsin?.Bu necə politoloqdur ki,vaxtilə mühüm vəzifələrdə məhz bu sahələr üzrə icmallar verib?

 

Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbyacanlını qətlə yetirdilər.Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi. ernənilərin hücumuna son qoymaq üçün Başkənd düşməndən azad edilməli, öz sahiblərinə qaytarılmalı idi. Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər..əgər strateji əhəmiyyəti yox idisə bu qədər hərbi kontingent orda nə gəzirdi?.

 

Qeyd etməliyəm ki,bu torpaqlarda İsgəndər Aznaurov, Məzahir Rüstəmov kimi Milli Qəhrəmanımız, ölmündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş, alay komandiri  Cahangir Rüstəmov şəhid olub.

 

Bu qədər məsuliyyətsiz çıxışların ucbatından kimlərəsə cavab vermək zorunda qalırıq. Rasim Musabəyov yoldaş çıxışından əvvəl tarixçilərə müraciət etməli idi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi