Tacikistanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb .
Zəlzələnin episentri 11 min insanın yaşadığı Rəştdən 51 km şimal-qərbdə yerləşib.
Ocağı 10 km dərinlikdə yerləşən zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb.