Modern.az

Türkiyədən gətirilən mallar niyə bahadır? - Nazir müavini açıqladı

Türkiyədən gətirilən mallar niyə bahadır? - Nazir müavini açıqladı

İqtisadiyyat

24 May 2023, 13:32

Xaricdən Azərbaycana gətirilən malların qiymətinin baha olması məsələsinə aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev danışıb.

 

O, xüsusilə Türkiyədən idxal olunan məhsulların qiymətinə toxunub. “Türkiyədən Azərbaycana idxal olunan mallarının dəyərinin yuxarı olması həmin malların burada qiymətinin qalxmasına səbəb olub. Ötən il Türkiyə ilə 5,8 milyard dollarlıq ticarət dövriyəmizin 2,3 milyard dollarlıq hissəsi Türkiyədən Azərbaycana idxal edilmiş məhsullar üzrə olub. Bu məhsulların çoxu əczaçılıq, geyim, tekstil, sənaye məhsulları və maşın avadanlıqlarıdır. Onu da qeyd edim ki, Türkiyədə ötən il inflyasiya 70 %-dən yuxarı olub. Bu, oradan Azərbaycana idxal edilən malların da qiymətinə təsir edib”, - nazir müavini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü